AMEA-nın Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli Qərarına əsasən bu ilin noyabr ayının 30-na qədər Akademiyanın bütün institut və təşkilatlarında Gənc Alim və Mütəxəssıslərin Şuraları yaradılmalı və fəaliyyətə başlamalıdır.
Bu məqsədlə də noyabrın 7-də Coğrafiya İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirildi.
Tədbiri İnstitutun elmi işlər üzrə direktor müavini c.e.d. Elbrus Əlizadə açaraq Şuranın yaranmasının əhəmiyyətindən, gənclər üçün oynadığı rolundan, məqsəd və vəzifələrindən danışdı, bildirdi ki, GAMŞ-ların yaradılmasında əsas məqsəd həyatın bütün sahələrində olduğu kimi, elmdə də gənclərin rolunun daha da artırılmasından ibarətdir. Sonra E.Əlizadə dedi: “Gənclərin potensialından daha artıq istifadə zərurəti yarandığından müvafiq islahatlar keçırılir. Bu məqsədlə biz də bu ilin aprel ayında AMEA-nın Gənglərin İntellektual İnkişaf Mərkəzi nəzdində institutumuzun Gənc Alimlər Şurasını yaratdıq ki, o da bu müddət ərzində aktiv fəaliyyət göstərdi. Hazırda gənclərlə bağlı mövcud təşkilati strukturlar, ənənəvi iş prinsipləri gənclərdən istifadənin tam reallaşmasına imkan vermədiyinə görə onların fəallığının, təşəbbüskarlığının artırılmasının, irəli sürdükləri təşəbbüslərin dəstəklənməsi üçün əsaslı təşkilati islahatların həyata keçırılməsinin zəruriliyi meydana çıxmışdır. Bununla əlaqədar, yerlərdə GAMŞ-ların yaranması qərara alındı. İnstitutumuzda bu işin icrası direktor Ramiz Məmmədovun tapşırığı ilə mənə həvalə olunub. Qapılarımız həmişə üzünüzə açıqdır; istənilən vaxt sual və təkliflərinizi dinləməyə, problemlərinizin həllinə səy göstərməyə hazırıq. Ancaq sizin fəallığınız nəticəsində nailiyyətlər əldə etmək mümkündür. Gənc alimərin Beynəlxalq elmi konfransının keçırilməsi haqqındakı təklifimi AMEA-nın prezidenti Akif müəllimə söylədikdə bəyənərək dəstəkləyəcəyini dedi. Onu yüksək səviyyədə keçırmək üçün isə sizdən hərtərəfli yaxşı hazırlıq tələb olunur.
Yaranan hər bir yeni qurum əvvəlki qurumun həm məntiqi, həm təşkilati, həm də struktur davamıdır. İnstitutumuzun da Gənc Alimlər Şurasının fəaliyyətinin dayandırılmasına qərar verməzdən əvvəl onun bu günə qədər gördüyü işlər barədə hesabatını dinləmək üçün Şuranın sədri Samirə Ələkbərovanı dinləyək.”
S.Ələkbərova Gənc Alimlər Şurasının (GAŞ) fəaliyyəti dövründəki nailiyyətlərdən – gənclərin bir çox elmi-beynəlxalq konfranslarda, simpoziumlarda öz elmi əsərləri ilə çıxışlarından, bir çox beynəlxalq konfransların təşkilati məsələlərində fəal iştirakından, o cümlədən, Ukraynada keçirilən “Gənc alimlərin konfransı”nda nəşr olunmuş məqalələrindən, məruzələrlə çıxışlarından, eləcə də AMEA-nın Yer Elmləri Bölməsi, Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi” mövzusunda Beynəlxalq konfransın keçirilməsinindəki aktiv rolundan danışdı.
S.Ələkbərova çıxışında gənclərin elmi fəaliyyətinə əngəl törədən sosial problemlərə də diqqəti cəlb etdi və söylədi ki, onlara müəyyən sosial güzəştlərin edilməsi Azərbaycan elminə yalnız fayda verəcəkdir: “ AMEA-nın prezidenti hörmətli Akif müəllimin gəncləri daim dəstəkləməsi, gəncələrə dair planları bizi sevindirməklə yanaşı həm də böyük ümidlər verir.”
Sonra gənc fəallardan Rauf Əmənov söz alaraq xarici dil kurslarının açılmasını, elmi tədbirlərin keçirilməsi, layihələrin yazılması və s. bu kimi işlərin görülməsi üçün gənclərin, doktorantların sıx birliyinin olmasını arzuladı, bunun üçün sosial şəbəkələrdən də yararlanmağın mümkünlüyünü qeyd etdi.
Elmi katib Luiza Salayeva gənglərimizə böyük ümüdlər bəslədiyini, onlarla qürur hissi duyduğunu bildirdi və söylədi ki, böyük uğurlara nail olmaq üçün qüvvələri səfərbər etmək, elmi konfranslarda, qurultaylarda, layihələrdə iştirak etmək lazımdır. L.Salayeva onu da bildirdi ki, bu yaxınlarda doktorantlarla keçiriləcək yığıncaqda onların işinə mane olan problemlərdən də söhbət açılacaq.
İnstitutun həmkarlar təşkilatının sədri, c.e.n. H.Haqverdiyev də çıxış edərək gənc, fəal coğrafiyaçıların onu sevindirdiyini, onların parlaq gələcəyinə inandığını və bunun üçün gənclərin aktiv həyat tərzi seçmələrinin vacibliyini qeyd etdi.
Sonra S.Ələkbərova yekdilliklə GAMŞ-nın sədri, Z.Qasımov və R.Əmənov isə müavinləri seçildilər. 1 nəfərin bitərəfliyi, 30 nəfərin lehinə səs verməsilə aşağıdakı 7 nəfərdən ibarət idarə heyəti seçıldi:
Bununla da yığıncaq öz işini yekunlaşdırdı, lakin sırf idarə heyəti özünün ilk iclasına başladı.