Cİ alimi əsrin fəlakətinə münasibət bildirib Mart 13, 2023 | 05:03 / MÜHÜM HADİSƏLƏR

Fevralın 6-da qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin azpolitika.info saytında iki məqaləsi dərc edilib.

“Zəlzələnin dəhşətləri – Bəs niyə belə oldu?” adlı məqaləsində belə böyük masştabda olan dağıntı və insan tələfatının əsas səbəbini aydınlaşdırmağa çalışan alim ikinci, “Türkiyədə yatmış vulkanlar zəlzələdən oyana bilərmi?” məqaləsində güclü zəlzələlərin prinsip etibarılə ətraf ərazilərdəki vulkanları oyada, yəni onların püskürməsinə səbəb olacağı qənaətinə gəlir.

Məqalələrlə  https://azpolitika.info/?p=706247 və  https://azpolitika.info/?p=707339   linkləri vasitəsi ilə daha yaxından tanış olmaq olar.