Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının təsərrüfata cəlb edilməsi məqsədilə akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda "Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası" adlı toplu nəşr olunub.
Kitabın baş redaktorları baş direktor Zakir Eminov və c.ü.f.d., dos. Z.T.İmrani, redaktoru c.ü.f.d. Sərxan Cəfərovdan ibarətdir.
Kitabda 29-30 noyabr 2022-ci il tarixində Bakı şəhərində keçirilmiş konfrasn toplusunda 14 ölkədən (Azərbaycan; Türkiyə, İran, Pakistan, Gürcüstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Banqladeş, Avstraliya, Moldova və Yəmən) olmaqla 150-yə yaxın iştirakçı müraciət etmiş, göndərilən məqalələrdən 102-si elmi heyət tərəfindən konfransda məruzə edilmək üçün qəbul edilmişdir.