Coğrafiyaçı alim simsiz enerji ötürülməsində əldə edilən yeniliklərdən danışıb Mart 29, 2023 | 04:03 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi  şöbəsinin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru  İsmayıl Zeynalov Fransanın Paris şəhərində keçirilən Sosial elmlər, innovasiyalar və təhsil texnologiyaları üzrə 4-cü Beynəlxalq Konqresdə iştirak edib.  

Alim tədbirdə  "Basic principles for building network for wireless electric power distribution" (Simsiz  elektrik enerjisinin paylanması üçün şəbəkənin qurulmasının əsas prinsipləri)  mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi  simsiz  enerji ötürülməsində  yeni üstünlüklər əldə etdiklərini bildirib. Onun sözlərinə görə bu enerjinin yaradılması üçün təklif edilən yeni şəbəkənin müxtəlif seqmentləri  təhlil edilib. Hər bir seqmentin texniki spesifikasiyaları və izahatlar verilmişdir. Bu şəbəkənin işləməsi üçün süni peyklərdən necə istifadə edilməli və hansı növ peyklərin şəbəkə üçün uyğun olması təklif edilib. Həmçinin, təklif olunan paylayıcı şəbəkədən istifadə ilə bağlı maliyyə problemləri müzakirə edilib.

Böyük maraq doğuran məruzənin sonunda simsiz enerjinin yaradılması üçün təklif edilən yeni şəbəkənin dizaynı  müzakirə edilib.