Coğrafiya İnstitutunun əməkdaşları GeoNight tədbirində iştirak ediblər Apr 17, 2023 | 05:04 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları   aprelin 14-də saat  21:00-da Fransa və İtaliya coğrafiyaçılarının təşəbbüsü ilə keçirilən beynəlxalq "GeoNight" adlı tədbirdə iştirak ediblər.

Hər il dünyanın müxtəlif ölkələri eyni gündə coğrafiya naminə bir araya gəlirlər. Azərbaycan coğrafiyaçıları da artıq üçüncü ildir ki, “Qarabağ Azərbaycandır!” şüarı ilə "Geo Night"  tədbirinə qoşulurlar.

Təşkilatçılardan biri olan Fortis Academy və 8 nömrəli məktəbin coğrafiya müəllimi, “iGeo Azerbaijan  Beynəlxalq coğrafiya olimpiadasına hazırlıq” qrant layihəsinin rəhbəri  Yaşar Seyidəliyev GeoNight ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Dünya coğrafiyaçıları tədbiri Geonight.net internet səhifəsi üzərindən izləyə biliblər.  Coğrafiya İnstitutunun icraçı direktoru v.i.e., c.ü.f.d., dosent Zaur İmrani “Coğrafi elminin müasir problemləri və inkişaf istiqamətləri” ilə  bağlı çixiş edib. Sonra Coğrafiya İnstitutunun gənc alimi, kiçik elmi işçi Bəyimxanım Hüseynova “Qarabağın turizm-rekreasiya potensialı” mövzusunda məruzə edib.

Tədbirdə həmçinin Qarabağın təbiəti, landşaftlari və turizm potensialı barədə də məruzələr dinlənilib.