“Heydər Əliyevin enerji strategiyası və Gürcüstan” adlı yeni kitab nəşr edilib Apr 25, 2023 | 04:04 / YENİ NƏŞRLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin elmi işçisi, 2007-2010-cu illərdə AR Milli Məclisində deputat köməkçisi işləmiş Kamran Ramazanlının Gürcüstanın Tbilisi şəhərində “Heydər Əliyevin enerji strategiyası və Gürcüstan” adlı kitabı  Azərbaycan və gürcü dilində nəşr edilib.

Coğrafiya İnstitutunun baş direktoru, c.e.d. Zakir Eminovun məsləhətçisi olduğu kitab ümummilli lider Heydər Əliyevin  enerji strategiyası çərçivəsində qonşu və dost Gürcüstan Respublikasında yeri və roluna həsr edilib.

İki hissədən ibarət əsərin 1-ci hissəsində Heydər Əliyevin enerji strategiyasının mahiyyəti araşdırılır,  ikinci hissədə isə Gürcüstan-Azərbaycan əlaqələri, Gürcüstanla strateji müttəfiqlikdən bəhs edilir.

Kitabda həmçinin müəllif haqqında da müfəssəl məlumat verilib.