2023-cü ilin Heydər Əliyev ili elan edilməsi ilə əlaqədar AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda “Ölkəmizdə Mülki müdafiə sisteminin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu» mövzusunda toplanış məşqi keçirilib.
İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Namazəli Mustafayev əvvəlcə ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafındakı əvəzedilməz xidmətlərindən danışıb, ölkəmizdə dövlət quruculuğu prosesinin Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.
Sonra qərargah rəisi toplanış və xəbərdarlıq sistemi vəziyyətinin yoxlanılması, eləcə də məşq zamanı ortaya çıxa biləcək çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb və bununla əlaqədar İnstitut əməkdaşlarının məlumatlı olmalarının vacibliyini xüsusilə vurğulayıb.
N.Mustafayevin çıxışından sonra İnstitut əməkdaşları, şöbə müdirləri Səid Səfərov, Habil Haqverdiyev, elmi işçilər Rafiq İsmayılov, Zülfəli Rəsulov, kitabxananın direktoru Şövqiyə Məmmədova və başqaları mövzu ətrafında fikirlərini bölüşüb, ulu öndər Heydər Əliyevin Azərbaycan naminə misilsiz xidmətlərindən söhbət açıblar.