Çexiyali alim Coğrafiya İnstitutunda olub May 26, 2023 | 11:05 / MÜHÜM HADİSƏLƏR

Bakıda qonaq olan Çexiya Elmlər Akademiyası Geonics İnstitutunun professoru, Masaryk Universitetinin Coğrafiya departamentinin rəhbəri Dr. Jaromír Kolejka AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olub.

Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovla görüşən çexiyalı alim Masaryk Universitetinin  rəhbəri olduğu coğrafiya bölməsinin fəaliyyəti, tədqiqat istiqamətləri barədə məlumat verib, özü ilə gətirdiyi kitabları İnstituta hədiyyə edib.

Baş direktor, öz növbəsində, qonağı Coğrafiya İnstitutunun nailiyyətləri, Azərbaycanın tanınmış coğrafiyaçı alimləri və s. tanış edib,  Qarabağın coğrafiyasına dair kitab və atlası ona təqdim edib.

Aparılan fikir mübadiləsi nəticəsində müəssisə rəhbərləri gələcəkdə tərəflər arasında elmi əməkdaşlıq haqqında razılığa gəliblər.