AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Şuşa inzibati rayonunun coğrafiyası: təbii şəraiti və sosial-iqtisadi inkişaf potensialı” adlı yeni nəşri dərc edilib.
Kitabın baş redaktoru, İnstitutun baş direktoru, c.e.d. Zakir Eminov, elmi redaktoru baş direktorun müavini, c.ü.f.d., dosent Zaur İmranidir.
12 fəsil, 284 səhifədən ibarət olan monoqrafiyada Şuşa rayonunun fiziki və iqtisadi coğrafiyası, toponimiyası, demoqrafik inkişaf potensialı, turizmin inkişaf yolları haqqında məlumatlar toplanıb, onların idarə edilməsi imkanları təhlil olunub.
Monoqrafiyada Azərbaycanın səfalı guşəsi olan Şuşa rayonunun azad edildikdən sonrakı təbii-coğrafi şəraiti, təbii ehtiyat potensialı, onlardan istifadə edilməsi məsələləri öyrənilir. Son dövrlərdə rayonda baş verən sosial-iqtisadi və demoqrafik proseslər, həyata keçirilən tikinti-quruculuq işləri, turizmin inkişaf etdirilməsi istiqamətində görülən işlər işıqlandırılıb.