Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə ixtisas imtahanları keçirilib. İmtahanlar "Fiziki coğrafiya", "Meteorologiya" və "Geologiya" ixtisaslarından qəbul edilib. İmtahanda 5 nəfər doktorant və dissertant iştirak edib. İxtisas imtahanlarını İnstitutunun təcrübəli elmlər və fəlsəfə doktorları qəbul ediblər.