II kurs magistrantı Əliyeva Vüsalə müdafiə edib İyn 14, 2023 | 02:06 / ELMİ İCLASLAR

Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya Şurasının iclasında II kurs magistrantı Əliyeva Vüsalə Barat qızı “Acınohur alçaq-dağlığı landşaftlarının dinamikası və ekocoğrafi problemləri” mövzusunda yazdığı dissertasiya işinin müdafiəsi keçirilib.

Professor Rza Mahmudovun sədrliyi ilə keçirilən iclasda dissertant apardığı tədqiqat işi barədə ətraflı məlumat verib.

İxtisaslaşmış Müdafiə Şurası Əliyeva Vüsalənin dissertasiya işini yüksək balla qiymətləndirib və ona fərqlənmə diplomu verilməsi tövsiyyə edilib.