Coğrafiyaçı alim Qazaxıstan televiziyasına canlı müsahibə verib İyn 20, 2023 | 12:06 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor   Əmir Əliyev Qazaxıstan televiziyasında canlı yayımlanan televiziya verilişində iştirak edib.

 Xəzərin şimal sahillərində suyun səviyyəsinin kritik dərəcədə azalması probleminin müzakirə olunduğu verilişdə okeanoloq alim Xəzər dənizinin xüsusiyyətləri, səviyyənin tərəddüd problemlərinin baş vermə səbəbləri, tarixi vəziyyəti və s. haqqında ətraflı məlumat verib.

Verilişi buradan izləyə bilərsiniz.