Landşaftşünas alim İTV-də havada toz miqdarının artımından danışıb Avg 24, 2023 | 03:08 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov İTV kanalında havada toz miqdarının artmasından danışıb.

Alimin sözlərinə görə şimal bölgəsindən gələn küləklərdən fərqli olaraq, cənubdan gələn Şimali Afrika, İran yaylası, Ərəbistan kimi ərazilərdə səhra üzərində formalaşan  tropik hava kütlələrinin tərkibində çoxlu toz olur. Ümumiyyətlə, son zamanlar bütün dünya üçün böyük problemə çevrilən qlobal istiləşmə, səhralaşma da tozun artmasına təsir edir. Təbii amillərlə yanaşı insan amili də bu məsələdə öz mənfi rolunu oynayır. Yaşıllıqların getdikcə azalması, meşələrin kütləvi olaraq qırılması küləklə gələn tozun qarşısının alınmasına mane olur. İnsan mütləq olaraq yaşadığı ekosistemi qorumalıdır.

Verilişə bu link vasitəsilə  baxa bilərsiniz: https://www.youtube.com/watch?v=IyAbyYD16w8&ab_channel=Sabah%C4%B1nXeyirAz%C9%99rbaycan