“Qarabağ: mülahizələr və düşüncələr” adlı kitab nəşr edilib Avg 30, 2023 | 05:08 / YENİ NƏŞRLƏR

 AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin “Qarabağ: mülahizələr və düşüncələr” adlı kitabı nəşr edilib.

Elmi şuranın rəyi əsasında çap olunmuş kitabın elmi redaktoru İnstitutun baş direktoru, c.e.d. Zakir Eminovdur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda müəllifin son illərdə dövrü mətbuatda və internet saytlarında Qarabağa dair dərc olunmuş publisistik və elmi-publısıstik yazıları toplanıb. R.Fətəliyevin oxuculara təqdim etdiyi bu növbəti kitabda 44 günlük Vətən müharibəsi ərəfəsində xalqımızın milli vətənpərvərlik ruhu, Qarabağın maddi-mənəvi sərvətləri, faydalı qazıntıları, toponimləri, işğaldan azad olunması və gələcək inkişaf perspektivləri haqqında müəllifin düşüncə və təklifləri, Qarabağ dağlarında tədqiqatlar apararkən şəxsən iştirak və müşahidə etdiyi hadisələr və s. haqqında maraqlı yazıları təqdim edilir.  Kitabda həmçinin R.Fətəliyevin yaxşı  tanıdığı, əslən Qarabağdan olan dəyərli insanlar haqqında xatirələri də yer alır.