Cİ alimi gözlənilən sürüşmələrdən danışıb Sen 15, 2023 | 12:09 / MÜHÜM HADİSƏLƏR

AzTV kanalının “Xəbərlər”ində  AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Mirnuh İsmayılov Bakı ərazisində baş verən sürüşmə hadisəsinə aydınlıq gətirib.

Alim sürüşmə hadisəsinin qarşısının alınması üçün lazım olan tədbirlərdən danışarkən mühəndis-texniki  işlərin həyata keçirilməsinin labüdlüyünü xüsusi qeyd edib. O bildirib ki, indi sürüşmələrin fəallaşma dövrüdür, kifayət qədər ehtiyatlı olmaq lazimdır. Bibiheybətə doğru gedəndə sürüşmə-uçqun təhlükəli ərazilərdə qaya uçqunları gözlənilir. Yeraltı suların ərazidən kənarlaşdırılması üçün burada güclü drenaj sistemi qurulmalıdır. Monitorinqin aparılması da vacibdir. 

Müsahibəyə buradan baxa bilərsiniz: https://www.google.com/searchq=Mirnuh+%C4%B0smay%C4%B1lov+AZTV+televiziyas%C4%B1na+%22S%C3%BCr%C3%BC%C5%9Fm%C9%99%22d%C9%99n&oq=Mirnuh+%C4%B0smay%C4%B1lov+AZTV+televiziyas%C4%B1na+%22S%C3%BCr%C3%BC%C5%9Fm%C9%99%22d%C9%99n&aqs=chrome..69i57j0i546.1396j0j7&sourceid=chrome&ie=UTF-8#fpstate=ive&vld=cid:157e45aa,vid:fx8t2UiHx0Y,st:0