Coğrafiya İnstitutu Azərbaycanın siyasi və iqtisadi coğrafiyası, Demoqrafiya və əhali coğrafiyası və Coğrafi fikir tarixi şöbəsinin birləşmiş birgə iclasında dissertant Şakir Həmzəyev 5401.01 iqtisadi coğrafiya ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Qobustan inzibati rayonu toponimlərinin tədqiqi” mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçirilib.
Ş.Həmzəyevin elmi işi müzakirə edilmək üçün növbəti mərhələyə keçid alıb.