Demoqrafiya və əhali coğrafiyası şöbəsinin əməkdaşları Slavyan Universitetində keçirilən konfransda iştirak etmişlər. May 08, 2017 | 01:05 / MÜHÜM HADİSƏLƏR

   AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu  Demoqrafiya və əhali coğrafiyası  şöbəsinin elmi işçiləri, coğrafiya üzrə fəlsəfə doktorları Etibar Bədəlov və Hicran Tahirova mayın 4-də Bakı Slavyan Universitetində keçirilən VIII beynəlxalq konfransda  iştirak etmişlər.

   “Azərbaycanşünaslığın aktual problemləri” adlı konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuşdur. Tədbirdə  E.S.Bədəlov  "Azərbaycanda demoqrafik proseslərin formalaşmasında qadın problemləri ",  H.M.Tahirova  isə "Azərbaycanda Qadınların məşğulluq sahələri" mövzularında məruzələrlə çıxış etmişlər.