AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmraninin Avstraliyanın Macquarie Universitetinin elmi işçisi professor Ələkbər Rəsuli ilə birgə müəllif olduğu “Risklərin və fəlakətlərin qiymətləndirilməsi üçün obyekt əsaslı təhlil: Azərbaycanın Geo-Ekoloji Kontekstləri” adlı monoqrafiya işıq üzü görüb.
Kitabda Azərbaycan Respublikasında geoekoloji risk və fəlakət məsələlərinə aydınlıq gətirən OBİA (Obyekt Əsaslı Şəkil Təhlili) üzrə praktiki dərsliklər toplusu və onların tətbiqi üsulları təqdim edilir. OBİA kontekstini başa düşmək üçün eCognition proqramının sınaq versiyalarından istifadə edilir və hər bir vəsait iş prosesini təfərrüatlı şəkildə izah edir ki, bu da hər bir mütəxəssis üçün olduqca vacibdir. Burada həmçinin Azərbaycan coğrafiyası domeninə uyğunlaşdırılmış Landsat, Sentinel təsvirləri və ALOS-Palsar məlumatları ilə əlaqəli nəhəng alətlər paneli və onların funksiyaları ilə tanış olmaq imkanı yaradılıb.
Yanaşmaların müxtəlifliyinə baxmayaraq, monoqrafiyada peyk təsvirlərinin təhlili və xəritəçəkmənin məşqləri də daxil olmaqla, aerokosmik məlumatlardan istifadə etmək üçün peşəkar mütəxəssislərə lazım olan bir sıra bacarıq və biliklərə malik olmaları açıqlanlr.