Gülsarə İmanovanın elmi işi şöbələrin birləşmiş birgə iclasında müzakirə edilib Fev 02, 2024 | 11:02 / ELMİ İCLASLAR

Coğrafiya İnstitutu Landşaftşünaslıq və landşaft planlaşdırılması,  Geomorfologiya və təbii risklər və Paleocoğrafiya şöbələrinin birləşmiş birgə iclasında "Geomorfologiya  və təbii risklər" şöbəsinin elmi işçisi Gülsarə Əsgər qızı İmanovanın  5408.01 “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisası üzrə coğrafiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Ləngəbiz və ətraf ərazilərin landşaft-ekoloji potensialı və onların optimallaşdırılması” mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçirilib.

G.İmanovanın  elmi işi müzakirə üçün növbəti mərhələyə keçid alıb.