İqlimşünas alim COP 29-la əlaqədar Real tv-yə müsahibə verib Fev 15, 2024 | 05:02 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev Real TV-nin qonağı olub.

COP 29-la əlaqədar “İqlim dəyişmələrinin ölkəmizə təsiri” mövzusunda televiziya kanala müsahibə verən alim qlobal istiləşmənin təbii fəlakət olan dağıdıcı hadisələrin çoxalmasına təsiri,  onun atmosferdə baş verən meridional sirkulyasiya ilə bağlılığı, insan fəaliyyəti nəticəndə atmosferə atılan molekulların ozon təbəqəsinə dağıdıcı təsiri, bu cür mənfi təsirlərin azaldılması üçün Azərbaycanın gördüyü tədbirlər,  COP 29-un iqlim dəyişmələri fəsadlarının aradan qaldırılmasında rolu haqqında geniş danışıb.