Coğrafiyaçı alim “Ekoetika” verilişində təbiətin mühafizəsindən danışıb Fev 15, 2024 | 05:02 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov Azərbaycan Televiziyasının “Ekoetika” verilişində iştirak edib.

Ətraf mühitin qorunması mövzusuna həsr edilmiş verilişdə Azərbaycan təbiəti, onun bitki və heyvanat aləmi, biomüxtəliflik haqqında danışan M.İsmayılov insanların təsərrüfat fəaliyyətinin ekosistemə təsiri, biomüxtəlifliyə dəyən ziyanların qarşısının alınması üçün görülən tədbirlər barədə fikirlərini bildirib.

Sonda landşaftşünas alim vurqulayıb ki, Azərbaycan respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycan təbiətinə olan böyük qayğının göstəricisidir və təbiətə qayğıkeş münasibətin hər bir vətəndaşın borcudur.