Hidroloq alim İTV-nin səhər proqramının qonağı olub Fev 19, 2024 | 03:02 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları  şöbəsinin müdiri, c.e.d., prof. Rza Mahmudov  İTV-nin “Sabahın xeyir, Azərbaycan” proqramının qonağı olub.

Xəzər dənizinə həsr edilmiş verilişdə  maraqlı faktlar səsləndirən professor  Xəzər dənizinin səviyyə problemləri, iqlim dəyişmələrinin Xəzərin səviyyəsinə və qarşılıqlı olaraq Xəzərin iqlim dəyişmələrinə təsiri, tarixən insanların həyat şəraitinin formalaşmasında Xəzərin rolu, onun su balansı, iqtisadiyyat, nəqliyyat və sairdə əhəmiyyəti, monitorinqlərin aparılması, COP 29 və digər məsələlərə toxunub.