Cİ əməkdaşlarının məqaləsi yüksək reytinqli beynəlxalq jurnalda dərc edilib Mart 01, 2024 | 02:03 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi  şöbəsinin aparıcı elmi işçisi, texniki elmlər üzrə fəlsəfə doktoru  İsmayıl Zeynalovun elmi işçi Rəna Əhmədova, kiçik elmi işçi Aybəniz Əhmədova və Torpaq coğrafiyası şöbəsinin elmi işçisi Almaz Rüstəmova ilə birgə yazdıqları elmi məqalə Türkiyənin Mersin Universitetinin yüksək reytinqli “Advanced Remote Sensing” jurnalında dərc edilib.

"Analysis of the sea surface temperature (SST) of the Caspian Sea from NOAA satellites" (NOAA peyklərindən Xəzər dənizinin səth temperaturunun (SST) analizi) adlı məqalə Xəzər dənizinin səth sularının temperaturunu müəyyənləşdirmək üçün müasir mövcud metod və vasitələrdən istifadə edən müəlliflər NOAA peykləri və onlara quraşdırılmış AVHRR Pathfinder (yüksək ayırdetmə radiometri) cihazı tərəfindən alınan məlumatlara əsaslanaraq elmi tədqiqat işləri aparıblar. Tədqiqatçılar atmosfer-dəniz sistemindəki əsas nümunələrin uzun müddət ərzində dəyişikliklərin orta illik dəyərləri ilə müəyyən olunmasını araşdırıblar.