AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyevin “APA” xəbər saytında Azərbaycanda keçiriləcək COP 29 konfransı haqqında müsahibəsi dərc edilib.
İqlimşünas alim müsahibəsində iqlim dəyişmələrinin və karbon qazının (CO2) miqdarının artmasının əsas səbəbi, iqlim dəyişmələrinin Xəzərin duzluluq dərəcəsinə təsiri və Azərbaycanda şirin su ehtiyatlarının formalaşmasında rolu, iqlim dəyişmələrinin Azərbaycanda təzahürü, qlobal istiləşmə kimi böyük fəsadların qarşısını almaq üçün görülməli olan tədbirlər, şirin su qıtlığı və suya qənaət, yaşıl enerji, atmosferin çirkləndirilməsi və s. kimi məsələlərə toxunub.
Müsahibənin tam mətnini burada oxuya bilərsiniz.