“Bakinskiy raboçiy” qəzetində “Ağıl və mühəndislik bilikləri ilə idarə olunanlar” başlığı ilə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin baş elmi işçisi, coğrafiya elmləri doktoru, dosent Starə Tarixazərin müsahibəsi dərc edilib.
Müsahibə tədqiqatçı alimin M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin "MAXS Press" nəşriyyatında nəşr olunmuş “Azərbaycanda sürüşmə hadisələrinin kataloqu”na həsr olunub.
Kataloq üzərində gedən işlər barədə məlumat verən morfoloq alim, eyni zamanda, sürüşmələrin ölkə iqtisadiyyatı, insanların sağlamlığı və həyatı üçün hansı təhlükələr yaratdığı, sürüşmə zonalarının əhalisini bu təbii fəlakətdən qorumaq üçün hansı tədbirlərin görülməli olduğu barədə geniş söhbət açıb.
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.