Coğrafiyaçıların iştirakı ilə Müasir Təhsil Kompleksində tədbir keçirilib Apr 23, 2024 | 05:04 / MÜHÜM HADİSƏLƏR

 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu əməkdaşlarının iştirakı ilə  Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir keçirilib.

Məktəbin müəllim-şagird kollektivi ilə keçirilən görüşdə İnstitutunun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani və “Geomorfologiya və təbii risklər” şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d. Samira Abuşova “Yer günü”, “Qarabağa qayıdış”, “İşğaldan azad edilmiş torpaqlarda törədilən ekoloji terror” mövzularında  maarifləndirici məlumatlarla çıxışlar ediblər, şagirdləri maraqlandıran sualları cavablandırıblar. Kompleksin şagirdləri Yer günü ilə əlaqədar hazırladıqları səhnəcik və video çarxı qonaqlara təqdim ediblər.