"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Baki şəhəri Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbdə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu alimlərinin iştirakı ilə "Qarabağin bərpasi yolları və müasir şəhərsalma üsullarından istifadə edilməsi" mövzusunda dəyirmi masa keçirilib.
Baş direktor professor Zakir Eminov tədbirdə sözügedən mövzu üzrə geniş təqdimatla çıxış edib.
Görüşdə iştirak edən İnstitutun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani, Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d. Etibar Bədəlov və İnstitut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri, Şuşa şəhərinin tarixi-coğrafi xüsusiyyətləri, "ağıllı şəhər" konsepsiyası əsasında inkişaf və sairdən söhbət açıblar. Şagirdlərə Qarabağın "Yaşıl enerji" zonasına çevrilməsi, regionda bərpaolunan enerji mənbələrindən istifadə, ekoloji təmiz texnologiyalar, nəqliyyat vasitələrinin tətbiqi və digər prioritet məsələlər haqqında məlumat verilib.
Sonda VIII sinif şagirdləri və məktəbin coğrafiya fənnini tədris edən müəllimlər maarifləndirici xarakter daşıyan təqdimatla çıxış ediblər.