AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq “Mülki müdafiə qüvvələrinin fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi” (Crocus City Hall”-da baş verən fəlakətin nəticələri əsasında) mövzusunda növbəti seminar-məşğələ keçirilib.
İnstitutun Mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev tədbiri giriş sözü ilə açaraq iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib. Sonra o, 2024-cü il ərzində Coğrafiya İnstitutunun mülki müdafiə hazırlığı üzrə keçirilmiş “Ümumdünya Mülki Müdafiə Günü”, Rəhbər Heyətin MM məşqləri və Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri haqqında və mövcud çatışmazlıqlar barədə məlumat verib.
Tədbirdə həmçinin qəza-xilasetmə işlərinin təşkili və aparılmasında MM qüvvələrinin idarəetmə bacarığı üzrə biliklərinin təkmilləşdirilməsi məqsədilə məşqlərin keçirilməsi, maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə edilib.
Sonda qərargah rəisi iştirakçıları maraqlandıran sualları cavablandırıb.