A meeting with geographers at the Modern Education Complex May 01, 2024 | 07:05 / MÜHÜM HADİSƏLƏR

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları ilə görüş keçirilib.

İnstitutun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani, “Geomorfologiya və təbii risklər” şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d. Samirə Abuşova və “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin laborantı Şəms İmraninin iştirak etdiyi tədbir  Karabakh Eco Research Comittee (Qarabağ Ekoloji Tədqiqat Komitəsi) komandasının fəaliyyət istiqamətlərindən biri kimi, öndə duran məsələlərin həllində mənbə əldə etmək məqsədilə təşkil olunub.

Görüşdə həmçinin Müasir Təhsil Kompleksinin koordinatorları, müəllim və şagirdləri iştirak edib. Müzakirə edilən layihə işğal altında olmuş torpaqlarda törədilən ekoloji terror və onun qarşısının alınması istiqamətində görülə bilən işlərlə bağlı olub.

Tədbirdə torpaq və su nümunələrinin götürülməsi və onların analizinin aparılması, atmosfer havasını çirkləndirən maddələr, torpaqların rekultivasiyası və s. istiqamətlərdə müəllim-şagird kollektivinə məlumatlar verilib, onların layihə ilə bağlı sualları cavablandırılıb.