AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı Namazəli Mustafayevin “Nizami və onun müasirləri” məqaləsi “Respublika” qəzetində nəşr edilib.
Məqalə Ukrayna ədəbiyyatının görkəmli nümayəndəsi, rus-ukraynalı şərqşünas və slavyan alimi, “Nizami və onun müasirləri” monumental monoqrafiyasının müəllifi, akademik Aqafangel Krımskinin Azərbaycan ədəbi irsinə verdiyi töhfələrdən bəhs edir.
Bildirilir ki, A.Krımski Nizami irsinin dünyanın bir çox ölkələrində yorulmaz təbliğatçısı, Qafqaz Albaniyasının, şəki və Qəbələ şəhərlərinin tarixinə dair tədqiqatlar aparmış, Şimali Azərbaycan tarixində II-X əsrlərin bəzi qaranlıq səhifələrinə işıq salmış ilk sovet alimidir. Yaradıcılığında Nizami Gəncəvi irsinin öyrənilməsi, tədqiqi və təbliğinə geniş yer ayıran tədqiqatçı həm də türk dillərinin başqa dillərlə qarşılıqlı əlaqəsi problemlərinin, türk xalqları arasında çoxəsrlik və mədəni bağların işıqlandırılmasına mühüm töhfə vermiş türkdilli xalqların tarixi üzrə ilk alim-tədqiqatçıdır.