Yaşıl dünya” naminə həmrəylik ili" çərçivəsində silsilə tədbirlər keçirilir May 15, 2024 | 03:05 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun tədbirlər planına uyğun olaraq "Yaşıl dünya” naminə həmrəylik ili" çərçivəsində silsilə tədbirlər və əməkdaşların bu tədbirlərdə iştirakı davam edir.

İnstitutun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d. Etibar Bədəlov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində orta məktəblərdə keçirilən  tədbirlərdə iştirak edib.

Mayın 23-də COP29-la bağlı Suraxanı rayonunun 232 saylı tam orta məktəbində təşkil edilən görüşdə E.Bədəlov şagirdlərə mövzu ilə əlaqədar geniş məlumat verib. Məktəblilər COP, onun keçirilməsinin (xüsusilə Azərbaycanda) əhəmiyyəti, iqlim dəyişiklikləri, onun yaratdığı problemlər, ölkəmizdə keçirilən uyğun tədbirlər və s. haqqında ətraflı məlumat əldə ediblər.

Ertəsi gün, mayın 24-də coğrafiyaçı alim Nizami rayonunun 129 saylı tam orta məktəbində “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində keçirilən “Azərbaycanı tanıyaq və tanıdaq” adlı festivalın iştirakçısı olub. Tədbir zamanı şagirdlərin Azərbaycanın coğrafiyası, ədəbiyyatı, mədəniyyəti, və s. barədə biliklərinin genişləndirilməsi, onlara milli iftixar hissini aşılamaq məqsədi ilə təşkil edilən “Dəyirmi masa”da E.Bədəlov ölkəmizdə gedən böyük quruculuq işləri, həyata keçirən genişmiqyaslı tədbirlər, həmçinin Bakıda keçiriləcək COP29-un əhəmiyyəti, iqlim dəyişikləri və s. haqqında şagirdlərə söhbət açıb.