Cİ əməkdaşı "Wikimedia Hackathon – 2024"-də Azərbaycanı təmsil edib May 23, 2024 | 05:05 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, vikipediyanın patrulu Aslanova Aida Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən "Wikimedia Hackathon – 2024" beynəlxalq konfransında azərbaycandilli vikipediyanı  təmsil edib.

Vikimedia Fondunun innovasiya və  texniki layihələrin qurulmasına yönəlmiş texniki ictimaiyyəti birləşdirən "Wikimedia Hackathon – 2024"  illik tədbirin məqsədi vikimedia layihələrinin texniki aspektlərinə töhfə verməkdə təcrübəsi olan şəxsləri bir araya gətirmək və vikimedia layihələrini dəstəkləyən texnoloji infrastrukturu və proqram təminatını təkmilləşdirmək, bilik mübadiləsi aparmaqdır.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən 120 vikipediyaçı bir araya toplaşıb.