COP29-a dair Beynəlxalq konfrans keçiriləcək İyn 03, 2024 | 04:06 / MÜHÜM HADİSƏLƏR

05-06 iyun 2024-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-la bağlı “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransin təşkilatçıları Coğrafiya İnstitutu (Azərbaycan), Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Azərbaycan Turizm və Menecment Universiteti, Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti, Qazaxıstan  Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu, Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyası və Dağıstan Dövlət Texniki Universitetidir (Rusiya).

Arzu edənlər tədbirə dəvətlidirlər.

Konfrans 05-06 iyun, saat 11.00-da Azərbaycan Milli Elmlər Akademiyasının Kiçik akt zalında baş tutacaq.

Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti, 115.