AR Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyyətinin 29 sentyabr 2020-ci il tarixli qərarına uyğun olaraq, AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda baş direktor professor Zakir Eminovun sədrliyi ilə elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantların növbəti attestasiyası keçirilib.
Attestasiya olunanların 9-u fəlsəfə doktoru, 4-ü isə elmlər doktorudur. İnstitutun təcrübəli alimlərindən ibarət komissiya üzvləri doktorant və dissertantların apardığı tədqiqat işlərinin vəziyyətini araşdırıb və bu işləri qənaətbəxş hesab ediblər.