Arzu Xasməmmədovanın dissertasiya işi birləşmiş şöbə iclasında müzakirə edilib İyl 02, 2024 | 02:07 / ELMİ İCLASLAR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Tibbi coğrafiya, Demoqrafiya və əhali coğrafiyası, Azərbaycanın siyasi və iqtisadi coğrafiyası,  Turizm və rekreasiya coğrafiyası şöbələrinin birləşmiş elmi iclasında  Arzu Xasməmmədovanın 5401.01 - İqtisadi coğrafiya ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün   “Quba-Xaçmaz iqtisadi rayonunda rekreasiya-turizm təsrərrüftaının ərazi təşkilinini coğrafi məsələləri”  mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçirilib.

Arzu Xasməmmədovanın dissertasiya işi növbəti mərhələyə keçid alıb.