AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru c.ü.f.d., dos. Zaur İmrani və Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynova 10-13 sentyabr, 2024-cü il tarixlərində Rumıniyanın Tarqovişte şəhərindəki Valahia Universitetində bir çox ölkənin iştirakı və təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Sahibkarlıq və sosial elmlər konqresində iştirak ediblər.
Konqresdə Z.İmrani “A role of the landscape in the territorial organisation of the tourism and recreation infrastructure (A case study for the Guba administrative district)” (Turizm və rekreasiya infrastrukturunun ərazi təşkilində landşaftların rolu (Quba inzibati rayonu timsalında)), B.Hüseynova isə “A study of the population dynamic from ethno-demographic point of view in Azerbaijan (A case study for the Balakan administrative district)” (Azərbaycanda əhalinin dinamikasının etno-demoqrafik baxımdan tədqiqi (Balakən inzibati rayonu timsalında)) mövzularında təqdimatla çıxış edib. Maraqlı məruzələr ətrafında verilən suallar natiqlər tərəfindən geniş cavablandırılıb.
Konqresin sonunda İnstitut əməkdaşlarına Universitetin prorektoru Dr. Dumitri Goldbach tərəfindən sertifikat təqdim olunub.