“Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” adlı III Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək Sen 20, 2024 | 02:09 / MÜHÜM HADİSƏLƏR

          Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu

Azərbaycan Coğrafiya Cəmiyyəti 

Azərbaycan Turizm və Menecment Universiteti 

Qərbi Kaspi Universiteti (Azərbaycan)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

Bursa Uludağ Universiteti (Türkiyə)

Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti 

Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu (Qazaxıstan)

Mirzo Uluqbek adına Özbəkistan Milli Universiteti 

Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutu (Gürcüstan)

Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyası 

Dağıstan Dövlət Texniki Universiteti (Rusiya)

R.Qəmzətov adına Dağıstan Dövlət Pedaqoji Universiteti (Rusiya) 

Müasir iqlim dəyişmələri Yer səthində temperaturun artmasına, su ehtiyatlarının azalmasına, torpaq- bitki örtüyünün deqradasiyasına, təsərrüfatın ərazi və sahə strukturunun dəyişməsinə səbəb olur. Qlobal istiləşmə ilə müşayiət olunan iqlim dəyişmələri ənənəvi qaynaqların istirilməsinə gətirib çıxarır ki, bu da beynəlxalq səviyyədə iqtisadi, sosial, ekoloji və elmi-maarifləndirmə tədbirlərinin keçirilməsini tələb edir. Bu məqsədlə, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməsini nəzərə alaraq Coğrafiya İnstitutu 29 oktyabr 2024-cü ildə “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” adlı III Beynəlxalq elmi-praktiki konfransın keçirilməsi nəzərdə tutulub. 

Konfransın əsas bölmələri aşağıdakılardır:

  • Landşaftlardan istifadənin müasir vəziyyəti
  • İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri
  • Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri
  • Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi
  • İşğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı
  • Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri
  • Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri
  • Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi
  • Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları
  • Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri 

Qeyd: Məqalələr 21 oktyabr 2024-cü ilə qədər qəbul edilir. Konfransın materialları rəydən keçdikdən sonra çap olunacaq. E-mail: [email protected]

Konfransın materialları müəllifin vəsaiti (40 manat) hesabına çapı olunacaq.

 

MATERİALA OLAN TƏLƏBLƏR 

Mətnin formatı: Microsoft Word (doc, docx)

Səhifənin formatı: А4

Sahələr (yuxarı, aşağı, sol, sağ): 2 см Çap: Times New Roman, ölçü (şrift) 12 Sətirarası interval: 1

Paraqraf: 1

Məqalənin həcmi: 5-7 səh.

Mətnin orijinallığı: ən azı 70% 

MƏQALƏNİN TƏRTİBATI 

Məqalənin içərisində mətnin yeri və quruluşu 

İngilis dilində:

  • Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12);
  • Müəllifin A.A (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 12);
  • Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 11);
  • İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 11);
  • Xülasə (100-150 söz, şrift 11);
  • Açar sözlər (5-7 söz, şrift 11); Bir sətir aralı:

Azərbaycan dilində:

  • Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə,ortada, şrift 12);
  • Müəllifin A.A (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 12);
  • Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 11);
  • İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 11);
  • Xülasə (150-200 söz, şrift 11);
  • Açar sözlər (5-7 söz, şrift 11); Bir sətir aralı:
  • Məqalənin əsas mətni verilir (şrift 12, sətirlərarası interval – 1, paraqraf abzası – 1 sm);
  • Ədəbiyyat siyahısı: məqalənin sonunda "İstifadə olunmuş ədəbiyyat" adı ilə verilir və əlifba sırası ilə tərtib edilir (şrift 11). Mətndə ədəbiyyata istinadlar aşağıdakı kimi göstərilir: (Əhmədov, 2005: s. 78). 

Məqalələrinizi – mövzu yerinə Ad və Soyadınızı yazıb [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

 

MƏQALƏNİN TƏRTİB FORMASI

(nümunə): 

TITLE OF THE ARTICLE

Nazim P. Huseynov

PhD, Associate Professor Baku State University, Azerbaijan

[email protected] 

Abstract: min.100 words.

Key words: 5-7 words. 

MƏQALƏNİN ADI

Nazim Paşa oğlu Hüseynov filol.üzrə fəlsəfə doktoru, dosent Bakı Dövlət Universiteti, Azərbaycan

[email protected]

Xülasə: min.100 söz.

Açar sözlər: 5-7 söz.

 

Giriş

Təhlil və müzakirə. (Əhmədov, 2005: s. 78).

Nəticə. 

İstifadə edilmiş ədəbiyyat

  1. Hüseynov, H. Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri. Bakı: Zəfər, 2021. 304 s.
  2. Гиркин, И.В. Новые подходы к организации учебного процесса с использованием современных компьютерных технологий. // Москва: Информационные технологии. 2022. № 6. с. 125-144.
  3. Williamson, J.G. Regional Inequality and the Process of National Development // Chicago: Economic Development and Cultural Change. 1965. No 13(4), p. 1-84.

PDF