Coğrafiyaçı alim iqlim dəyişmələrinin təsiri barədə müsahibə verib Sen 23, 2024 | 01:09 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Mirnuh İsmayılov Xalq qəzetində verdiyi müsahibəsində iqlim dəyişmələrinin ekosistemlərə təsiri haqqında danışıb.

Alim iqlim dəyişmələrinin ölkəmizin bütün sferalarına - iqtisadi inkişafa, insanların həyat fəaliyyətinə, demoqrafik proseslərə, dünyadakı siyasi vəziyyətə, milyon illər ərzində formalaşmış təbii ekosistemlərin strukturuna - meşə ekosistemlərinə, buzlaq sahələrinə, şirin su ekosistemlərinə ciddi şəkildə təsir etdiyini, onların strukturunda ciddi dəyişmələrə səbəb olduğunu bildirib.