BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 beynəlxalq tədbirinə böyük səylə ev sahibliyinə hazırlaşan Azərbaycan bu istiqamətdə ölkənin elm və təhsil ictimaiyyəti qarşısında da təxirəsalınmaz vəzifələr qoyub. Bununla əlaqədar olaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının ev sahibliyi ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda IV beynəlxalq elmi konfrans 11-12 oktyabr tarixlərində keçirilib. Təşkilatçı qismində çıxış edən Coğrafiya İnstitutunun mütəxəssis-alim heyəti də konfransda iştirak edib.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov, Bişkek Musiqi Pedaqoji İnstitutunun rektoru professor Ulanbek Mambetakunov, Quba rayonunun Millət vəkili professor Əlibala Məhərrəmzadə və digər qonaqlar plenar iclasda çıxışlar edib. Sonda xatirə şəkli çəkilib və konfrans 3 sesiyada fəaliyyətini davam edib.