Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 3.14 qeydiyyat nömrəli Birdəfəlik Dissertasiya Şurasının Elmi seminarında “Tibbi coğrafiya” şöbəsinin doktorantı Hüseynova Turanə Mahmud qızının 5403.01 - İnsan coğrafiyası ixtisası üzrə “Böyük Qafqaz vilayətində əhalinin yaşayış keyfiyyətinin demoqrafik inkişaf problemləri” mövzusunda dissertasiya işi müzakirə olunub.
T.M.Hüseynova seminar üzvlərinin müsbət səsi nəticəsində yekdilliklə uğurla növbəti mərhələyə buraxılıb.