AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu (Cİ) ilə Rusiya Elmlər Akademiyasının Dağıstan Federal Tədqiqat Mərkəzi (REA DFTM) arasında elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.
AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu (Cİ) ilə Rusiya Elmlər Akademiyasının Dağıstan Federal Tədqiqat Mərkəzi (REA DFTM) arasında elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.
Tədbir Rusiya Federasiyasından gəlmiş qonaqlar - REA DFTM, A.O.Kovalevsk adına Cənub Dənizlərin Biologiyası İnstitutu və akademik M.D.Millionşikov adına Qroznı Dövlət Neft Texniki Universitetinin alim və mütəxəssislərinin iştirakı ilə keçirilib.
Coğrafiya İnstitutu ilə Dağıstan Federal Tədqiqat Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən iqlim dəyişikliyi və artan antropogen təzyiq şəraitində Xəzər dənizi hövzəsinin kiçik və orta çay hövzələrinin landşaftlarının geoekoloji vəziyyətinin dinamikasının öyrənilməsi sahəsində birgə elmi tədqiqatların aparılması nəzərdə tutulub. Razılaşmaya görə yeni proqramların həyata keçirilməsində qarşılıqlı yardım, məlumat və nəşrlərin mübadiləsi, konfrans və seminarların təşkili, tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, tərəflərin müvafiq resurslarından istifadə etməklə elm, texnologiya və təhsil sahəsində yeni biliklərin birgə əldə edilməsi və innovativ məhsul və xidmətlərin yaradılması həyata keçiriləcək.
Tərəflər birgə olaraq İqlim dəyişikliyi və artan antropogen yük şəraitində Şimal-Şərqi Qafqazın, Azərbaycanın və İranın dağ çayları hövzələrinin geoekoloji vəziyyətinin dinamikasının öyrənilməsi ilə bağlı Quba rayonunun Qaraçay hövzəsi boyu ekspedisiyada iştirak edəcəklər.
Müəssisələr arasında əməkdaşlığa dair danışıqlar, icra və prosesə dair hesabatların verilməsi koordinatorlar – Cİ-nin icraçı direktoru c.ü.f.d., dos. Zaur İmrani və REA DFTM-nin rəhbəri Surxay Mamayev tərəfindən həyata keçiriləcək.