Hidroloq alim COP29-la bağlı konfransda çıxış edıb Okt 25, 2024 | 12:10 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri coğrafiya elmləri doktoru professor Rza Mahmudov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunda “COP 29: İqlim dəyişiklikləri və su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi” mövzusunda keçirilən konfransda iştirak edib.

Alim müvafiq dövlət qurumlarının, elm müəssisələrinin alim və mütəxəssislərinin iştirak etdiyi tədbirdə  “Azərbaycanda regional iqlim dəyişmələri və onun su ehtiyatlarına təsiri” mövzusunda məruzə ilə çıxış edib.

Sonda su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi üzrə layihələrin təqdimatı olub.