AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri coğrafiya elmləri doktoru professor Rza Mahmudov, şöbənin aparıcı elmi işçisi c.ü.f.d., dosent Ziyafət Ağayev və “Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası” şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev “Su ehtiyatlarının ekoloji normalar çərçivəsində təmizlənməsi, qorunması və onlardan səmərəli istifadə edilməsi” mövzusuna həsr edilmiş konfransda iştirak ediblər.
Avstriyanın “Andritz Hydro” şirkətinin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi "HLKT Engineering and Construction MMC" şirkətinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirin əsas məqsədi, neft kimya sənayesi, ağır sənaye, iri şəhərlərin çirkab suları və dağ mədən işlərindən yaranan tullantılarla çirklənmiş su resurslarının ekoloji normalar çərçivəsində təmizlənməsi və qorunması, həmçinin su ehtiyatlarının səmərəli istifadəsi üçün yeni innovativ texnologiyalarla tanışlıq olub.