Mirmahmud Quliyevin dissertasiya işi müzakirə olunub Noy 01, 2024 | 09:11 / ELMİ İCLASLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 3.14 qeydiyyat nömrəli Birdəfəlik Dissertasiya Şurasının Elmi seminarında“Azərbaycanın siyasi və iqtisadi coğrafiyası” şöbəsinin doktorantı Quliyev Mirmahmud Ramiz oğlunun 5404.01 - "Regional coğrafiya" ixtisası  üzrə “Böyük Qafqazın şimal-şərq yamacı geokomplekslərinin ekoloji potensialından landşaft planlaşdırılması əsasında istifadənin  təşkili (Qudyalçay-Samurçay arası timsalında)” mövzusunda dissertasiya işi müzakirə olunub.

M.R.Quliyev seminar üzvlərinin müsbət səsi nəticəsində yekdilliklə uğurla  növbəti mərhələyə buraxılıb.