Coğrafiyaçı alimin Qarabağın dünəni və bugünü haqqında müsahibəsi dərc edilib Noy 06, 2024 | 12:11 / MÜHÜM HADİSƏLƏR

              6 noyabr Müharibə və hərbi münaqişələr zamanı ətraf mühitin istismarının qarşısını alma günü münasibətilə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılovun Azərbaycan qəzetində bir səhifəlik müsahibəsi dərc edilib.

            “Yandırılmış torpaqdan yaşıl məkan”a başlığı altında çıxan yazıda  landşaftşünas alim 30 illik işğal dövründə erməni vandallarının Qarabağda törətdikləri terrordan, Azərbaycan ərazisində 100 hektarlarla bitki və torpaq örtüyünün yandırılması və ya dağıdılması, zəhərli suların çaylarımıza axıdılması, təbii sərvətlərimizin talanması yolu ilə ölkəmizə dəyən ziyanlardan  söhbət açıb.

Qarabağda gedən yenidənqurma, bərpa işlərindən danışan coğrafiyaçı alim Azərbaycan dövlətinin bu ərazilərin təbiətinin dirçəldilməsi üçün əhəmiyyətli işlərin həyata keçirdiyini, qurudulan bulaqlarımızın, çaylarımızın yenidən axdığını, qırılan meşələrimizin yenidən pöhrələndiyini, dağıdılan binalarımızın  yenidən ucaldığını diqqətə çatdırıb.