AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi iclasında Aygün Bəşirova Ağabala qızının 54101.01 - Meteorologiya ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Konvektiv buludluluğun aersinoptik yaranma şəraitinin tədqiqi və proqnoz metodlarının işlənməsi” mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçirilib.
A.A.Bəşirova seminar üzvlərinin müsbət səsi nəticəsində yekdilliklə uğurla növbəti mərhələyə buraxılıb.