AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov və İnstitutun ilk ərazi təşkilatının sədr müavini Məhbubə Fətullayeva Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak ediblər.
İclasda həmçinin Vətən müharibəsi iştirakçıları, şəhid ailə üzvləri, qazilər, müharibə veteranları, dövlət qulluqçuları, sədr müavinləri iştirak ediblər.