AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Aqrolandşaftların ekocoğrafı xüsusiyyətlərinin tədqiqi (Mazımçay-Türyançay arası)” adlı yeni nəşri çapdan çıxıb.
Kitabın müəllifi Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin böyük elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Gülnar Hacıyeva, elmi redaktoru coğrafiya elmləri doktoru dosent Mahmud Xəlilovdur.
Oxuculara təqdim olunan bu kitabda aqrolandşaftların təsnifatı, öyrənilmə metodları, Mazımçay-Türyançay arası ərazidə mövcud olan aqrolandşaftların ekoloji problemləri, onların həlli və dayanıqlıq dərəcəsi haqqında məlumat verilir.
Monoqrafiya fiziki coğrafiya, ekologiya ixtisası üzrə təhsil alan ali məktəb tələbələri (bakalavr və magistrantlar) və müəllim heyəti, eləcə də bu sahədə tədqiqat aparan alim və mütəxəssislər üçün nəzərdə tutulub.