“Elm və həyat” jurnalında Xəzər dənizinin səviyyə dəyişmələri təhlil edilib Noy 07, 2024 | 05:11 / MÜHÜM HADİSƏLƏR

             

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2024-cü ildə üçüncü sayında AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyasi şöbəsinin müdiri professor Əmir Əliyevin  “Müasir dövrdə Xəzər dənizinin səviyyə dəyişmələri: səbəblər və nəticələr” adlı məqaləsi nəşr olunub.

Məqalədə Xəzərin tərəddüdlərinin səbəbləri, əsas faktorlar izah olunur, səviyyənin hazırkı durumundan 1.5 m. Aşağı düşərsə Azərbaycanın dənizsahili zolağında hansı ərazilərdə hansı proseslərin gedəcəyi analiz edilir, Azərbaycanın inzibati rayonlar üzrə subasma sahələri və dəniz altından çıxmış sahil əraziləri diaqramlarla göstərilir, cədvəldə su basmış və su altından çıxmış sahil ərazilər verilir.