ABŞ səfiri Mark Libbi Coğrafiya İnstitutunun əməkdaşı, Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin böyük elmi işçisi Elnur Səfərov və coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasovla ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən layihələrlə bağlı COP29 çərçivəsində müzakirələr aparıb.
Xəzər və Cənubi Qafqaz su yollarının təmizlənməsi üzrə yerli ekspert qismində iştirak edən coğrafiyaçılar müzakirə zamanı təqdimatla çıxış ediblər.
Elnur Səfərov Xaçmaz rayonunun yerli icmalarına Xəzərin həmin ərazisinin təmizlənməsi layihəsi üzrə “Yerli İcmaların Plastik Tullantılarla Mübarizə üzrə Gücləndirilməsi” adlı layihəsini, Rövşən Abbasov isə digər Azərbaycan və Ermənistan hidroloqları ilə “Su və münaqişələr: Transsərhəd əməkdaşlığın əhəmiyyəti” adlı transsərhəd layihə üzrə işini təqdim edib.